1-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı

18.04.2025 17:39 11
Ölkə futbolu
1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "İmişli"nin futbolçusu Pablo Alveş mükafatlandırılıb.

"Football-plus.az" xəbər verir ki, mart ayının ən yaxşı qolunun müəllifinə mükafat 22-ci turun "İmişli" – "Qəbələ" oyunundan əvvəl verilib.

Mükafatı Peşəkar Futbol Liqasının Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.