1-ci liqada “Ayın qolu” layihəsi çərçivəsində fevralın ən yaxşı qolunun müəllifi olan Ramil Orucov mükafatlandırılıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.
MOİK klubunun futbolçusuna mükafatı 21-ci turun Binə qəsəbə stadionunda keçirilən MOİK - “Cəbrayıl” qarşılaşmasından əvvəl PFL-in Media və marketinq direktoru Sənan Abdullayev təqdim edib.