O da Səudiyyə Ərəbistanına yollandı

18.12.2025 18:45 12
Dünya futbolu
Brendan Rodcersin yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Seltik”dən istefaya göndərilən təcrübəli mütəxəssis “Əl-Qədisiyə”yə təyinat alıb. Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Rocerslə müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə bağlanılıb.

“Əl-Qadisiyə” Səudiyyə Ərəbistanı çempionatında 17 xalla 5-ci yeri tutur.