Gözlənilən təyinat rəsmiləşdi

20.09.2024 15:36 116
Dünya futbolu
Stefano Pyolinin Kriştiano Ronaldonun formasını geydiyi “Əl-Nəssr”in baş məşqçi vəzifəsinə təyinatı rəsmiləşib.

Bu haqda Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb. Təcrübəli italiyalı mütəxəssisin sonuncu iş yeri “Milan” olub. Pyoli “Əl-Nəssr”dən istefaya göndərilən Luiş Kaştroya xələf olub.

Qeyd edək ki, “Əl-Nəssr” Səudiyyə pro-liqasının turnir cədvəlində 3 oyundan sonra 5 xalla 7-ci yerdədi.