O da Səudiyyə Ərəbistanına getdi

31.07.2023 13:30 225
Dünya futbolu
“Əl-Əhli”nin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Matias Yayssle təyin edilib.

Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, almaniyalı mütəxəssislə müddəti 2026-cı il iyunun sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Yaysslenin sonuncu klubu “Zaltsburq” olub. Komanda onun rəhbərliyi altında Avstriya liqasında iki dəfə çempion olub, iki dəfə ölkə kubokunu qazanıb.

Xatırladaq ki, “Əl-Əhli” bu yay heyətini Riyad Mahrez, Roberto Firmino və Eduar Mendi kimi tanınmış futbolçularla gücləndirib.