"Boavişta" bitdi

2.12.2025 12:57 16
Dünya futbolu
“Boavişta” klubu fəaliyyətini dayandıracaq.

"Football-plus.az" xəbər verir ki, “Boavişta” artıq rəsmən müflis elan olunub. Futbolçular bir neçə aydı maaş almırlar. 

Portuqaliya klubunun ağır maliyyə vəziyyəti səbəbindən ölkə çempionatının 4-cü divizionuna göndərilmək üçün müraciət etməsinə belə icazə verilməyib. Komanda həvəskarlar divizionunda oynayıb, lakin klub ev oyunlarını keçirdiyi stadionun elektrik enerjisi xərclərini də ödəyə bilməyib. Nəticədə “Boavişta” bir neçə texniki məğlubiyyət alıb.
 
Qeyd edək ki, “Boavişta” 1903-cü ildə təsis olunub. Komanda 2000/01 mövsümündə Portuqaliya çempionluğunu qazanıb. “Boavişta” Portuqaliya kubokunun beşqat, ölkə Superkubokunun isə üçqat qalibidi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul