Millimizin hücumçusunun komandası çempionatla vidalaşdı

15.05.2022 12:10 515
Ölkə futbolu
Portuqaliya çempionatında 34-cü turun oyunları keçirilib.

"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Tondela” “Boavişta” ilə üz-üzə gəlib. Qarşılşama 2:2 hesabı ilə başa çatıb.

Millimizin hücumçusu da bu matçın iştirakçısı olub. Renat 59-cu dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, “Boavişta” ilə bərabərə qalan “Tondela” 28 xalla 17-ci pillədə tutaraq çempionatı tərk edib.