İspaniya klubunda yeni müqavilə

25.04.2025 20:21 12
Dünya futbolu
Mark Bartra klubundan aldığı yeni təklifi qəbul edib.

34 yaşlı futbolçu “Betis” ilə müqaviləsinin müddətini 2027-ci ilin yayına qədər artırıb. Bu məlumatı İspaniya klubnun rəsmi saytı yayıb. Bartra “Betis”də 2023-cü ildən çıxış edir. Təcrübəli müdafiəçi bu klubda 2018-22-ci illərdə də top qovub.

Markın cari mövsümdə sevilyalıların heyətində bütün turnirlərdə meydana çıxdığı 29 oyunda 3 qol vurduğunu da qeyd edək.