Daha 3 il "Trabzonspor"da

16.09.2022 16:36 287
Dünya futbolu
"Trabzonspor" baş məşqçisi Abdullah Avcı ilə müqaviləni yeniləyib.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qaradəniz təmsilçisi 59 yaşlı mütəxəssislə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.

Avcı 2020-ci ilin yayından "Trabzonspor"u çalışdırır. O, komanda ilə Super Liqanın qalibi olub.