Federasiya rəsmisi üçün beynəlxalq təyinat

1.12.2025 10:36 20
İdman
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin 4-cü raundunun “Olimpiakos” (Yunanıstan) - “Əczaçıbaşı” (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sabah Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.