Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişmana növbəti dəfə etimad göstərilib.
"Football-plus.az" xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunda E qrupunun “C.S.O. Voluntari 2005” (ROU) və “BKS Bostik ZGO Bielsko-Biala” (POL) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Noyabrın 13-də Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq qarşılaşmanın hakimləri lixtenşteynli Aleksander Sikanjic və belçikalı Koen Lutsdu.