Azərbaycanlı mütəxəssis Avroliqa oyunlarına təyinat aldı

5.06.2025 14:21 19
İdman
Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) Avroliqa oyunlarına təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Frişman qadın voleybolçular arasında Avropa Gümüş Liqasının ikinci turunda iştirak edəcək.

O, iyunun 6-8-də Gürcüstanda baş tutacaq turun oyunlarında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Lüksemburq və Latviya komandaları mübarizə aparacaqlar.