AVF rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb

23.09.2024 22:24 129
Ölkə futbolu
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mixail Frişman Çempionlar Liqasının təsnifat mərhələsinin I raundunun oyununa təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, “Olimpiakos” (Yunanıstan) - “Strumitsa” (Makedoniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Sentyabrın 24-də Yunanıstanın Pirey şəhərində baş tutacaq matçın hakimləri slovakiyalı İqor Porvaznik və polşalı Pavel Burkeviç olacaq.