Federasiya rəsmisi Avropa çempionatının final oyunlarına təyinat aldı

13.07.2022 22:58 388
İdman
Azərbaycan Voleybol Federasiyasının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdarə Təşkilatı Komissiyasının üzvü Mixail Frişman 22 yaşadək gənc oğlanlar arasında keçirilən U-22 Avropa çempionatının final mərhələsinin oyunlarına təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, Frişman iyulun 12-17-də Polşada keçirilən final mərhələsinin matçlarında supervayzer funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, U-22-lərin Avropa çempionatının final mərhələsində Polşa, Fransa, Avstriya, Serbiya, Türkiyə, İtaliya, Monteneqro və Niderland mübarizə aparır.