53 oyunluq seriya qırıldı

27.11.2025 12:56 2
Dünya futbolu
“Barselona”nın 53 oyunluq seriyası sona çatıb.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu bu qədər matçdan sonra rəqib qapısına yol tapa bilməyib. Bu fakt Çempionlar Liqasının “Çelsi” ilə oyununda qeydə alınıb.

0:3 hesabıyla uduzan “Barselona” sonuncu dəfə 2024-cü ilin dekabrında qol vura bilməmişdi. Onda komanda İspaniya çempionatında “Leqanes”ə minimal hesabla uduzmuşdu.