Kevin Medinanın durumu bəlli oldu - zədəsi ciddidi?

26.11.2025 19:09
Ölkə futbolu
Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun "Napoli" ilə səfər matçında zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın sağlıq durumuna aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, bugün aparılan müayinələr nəticəsində kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.

Komanda sabah istirahət edəcək. 32 yaşlı futbolçunun birigündən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Xatırladaq ki, "Napoli" ilə oyunda rəqib zərbəsindən sonra top Kevin Medinanın başına dəyib. Təcrübəli oyunçu həkimlərin müdaxiləsindən sonra bir neçə dəqiqə oyunu davam etdirə bilib. O, 60-cı dəqiqədə əvəzlənib.