"Football-plus.az”a Medina ilə bağlı maraqlı informasiya daxil olub. Sən demə, müdafiəçinin müqaviləsindəki bəndə görə, onun Ağdam təmsilçisindən pulsuz ayrılmaq ehtimalı var. Məhz bu səbəbdən tərəflər razılaşa bilmir.
Məsələni dəqiqləşdirmək üçün klubun meneceri Asif Əsgərovla əlaqə saxladıq:
“İndiki məqamda bu barədə açıqlama vermək doğru deyil. Qeyri-müəyyən məsələlər var. Bu səbəbdən də gözləmə mövqeyindəyik”.
Gördüyünüz kimi, məsələ qəlizdi. Redaksiyamıza Kevin Medina problemi ilə bağlı fərqli informasiya da daxil olub. Təcrübəli kolumbiyalı müdafiəçi özü superliqa təmsilçisi ilə razılıq əldə edə bilmir. Türkiyə klubu Ağdam təmsilçisinə ödəniş etməyə razıdı. Lakin futbolçunun maaş məsələsində güzəşt etməsini istəyir. Medinanın menecerləri isə bununla razılaşmır. Superliqa klubu keçid üçün Ağdam təmsilçisinə 500-600 min avro ödəniş etmək niyyətindədi.
Qeyd edək ki, Kevin Medinanın “Qarabağ”la 2025-ci il iyunun 30-na kimi müqaviləsi var.
İLKİN SULTANLI






