“Qarabağ”ın müdafiəçisi Kevin Medinanın zədəsi sağalıb.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinin "Molde" ilə səfər matçında (2:2) zədələnən kolumbiyalı müdafiəçiyə sağ bud tendom vətərinin qopması diaqnozu qoyulmuşdu. O, ötən ay Finlandiyada əməliyyat olunub. Klubun mətbuat katibi Anar Hacının “Football-plus.az”a dedikləri: “Kevin Medina yanvarın 15-də Bakıya gəlib. Hazırda fərdi şəkildə fitnes-bərpa məşqləri keçir. Hələ ki meydana çıxmır. Meydanda məşqlərə başlaması ən azı bir ay çəkəcək”.
Belə görünür ki, “Qarabağ” “Braqa” ilə oyunların heç birində Medinanın xidmətindən yararlana bilməyəcək.
ƏSƏD SEYİDOV
Medina nə vaxt məşqə çıxacaq?
Ölkə futbolu





