Neapollular “Qarabağ”ın qapısına təyin olunan penaltini səhv qərar saydı! – “Marçinyak təmiz idarəçiliklə yadda qalmadı”

26.11.2025 18:09 534
Avrokuboklar / Manşet
İtaliyanın məşhur “Corriere dello Sport” nəşri Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun “Napoli” – “Qarabağ” matçının (2:0) baş hakimi Şimon Marçinyakın idarəçiliyini dəyərləndirib.

“Football-plus.az” xəbər verir ki, həmkarımız Edmondo Pinna təcrübəli hakimə 10 ballıq şkala üzrə 5,5 verib. O, qiymətin səbəbini belə izah edib:
“Marçinyak bu dəfə daha yaxşısını bacarsa da, təmiz idarəçiliklə yadda qalmadı. O, “Napoli”nin matçında sonuncu dəfə 2023-cü ildə - neapolluların “Milan”a qarşı oyununda iş başında olmuşdu və həmin vaxt da yaxşı iş görə bilməmişdi. Ədalət təmsilçisi Marko Yankoviçin cərimə meydançasında Di Lorentsoya təmas etməsindən sonra penalti qərarı verdi. Çünki “Qarabağ”ın futbolçusu “Napoli”nin oyunçusunun ayağına toxunmuşdu. Lakin burda problem başqa idi. Əslində Di Lorentso bir neçə saniyə əvvəl Yankoviçi uzaqlaşdırmağa çalışarkən üzünə toxundu və bu, avtomatik fola səbəb oldu. Bəli, VAR folu qeydə aldı, ancaq bu epizodla bağlı şübhələr davam edir. Başqa bir epizodda Azərbaycan komandasının futbolçusu Mateus Silva cərimə meydançası daxilində Skott Maktominaya çatır və rəqibinin sol ayağına təmas edir. Burda UEFA standartlarına görə penalti verilməliydi. Lakin Marçinyak “nöqtə”ni göstərmədi”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul