“Qarabağ”ın “Napoli” ilə oyununun hakimi

23.11.2025 15:18 20
Avrokuboklar
“Qarabağ”ın İtaliyada “Napoli” ilə keçiriləcək Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turunun oyununa hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Dieqo Armando Maradona adına stadionda keçiriləcək matç Polşadan olan hakimlər briqadasına həvalə olunub.

Görüşün baş hakimi Şimon Marcinyak olacaq.

FİFA referisinə Tomaş Listkeviçlə Adam Kupsik kömək göstərəcək. Dördüncü hakim funksiyasını Voyçex Miç yerinə yetirəcək.

VAR-da niderlandlı Pol van Bokel olacaq. VAR hakiminin köməkçisi isə xorvatiyalı İvan Bebekdi.

Xatırladaq ki, "Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul