İtaliyanın ən məşhur idman nəşri “La Gazzetta dello Sport”un Azərbaycana qarşı təxribat törətdiyini xəbər vermişdik.
Belə ki, həmkarımız bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq "Qarabağ"ı Ermənistan təmsilçisi kimi təqdim etmişdi! Ancaq təxribatın "Football-plus.az" tərəfindən işıqlandırılmasından sonra məsələ həllini tapıb.
Mövzudan xəbərdar olan "Qarabağ"ın mətbuat xidmətinin əməkdaşları dərhal qarşı tərəflə əlaqə saxlayıb və biabırçı səhvin aradan qaldırılmasını tələb edib. Nəticədə nəşr məqalədə dəyişiklik edərək "Qarabağ"ın Azərbaycan təmsilçisi olduğunu bildirib.
KƏNAN BAHADIR