Bu gün Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək “Napoli – “Qarabağ” matçıyla bağlı əmsallar açıqlanıb.
“Football-plus.az” xəbər verir ki, bukmeker kontorları bu matçda Neapol təmsilçisinin qələbə qazanacağına demək olar ki, şübhə etmir. Hələ onu demirik ki, “köhlən atlar”ın İtaliyadan xalla qayıdacağına belə inam azdı.
Sizi əvvəlcə “Misli.az”ın təqdim etdiyi əmsallarla tanış edirik.
“Qarabağ”ın qələbəsi – 9,45
heç-heçə - 5,55
“Qarabağ”ın məğlubiyyəti – 1,22
İndi isə ümumi əmsallarla tanış olaq.
“Qarabağ”ın qələbəsi – 8,00 və yuxarı
heç-heçə - 5,00 – 6,50 aralığında
“Qarabağ”ın məğlubiyyəti – 1,20 – 1,30 aralığında
KƏNAN BAHADIR