• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi Argentina yığmasına yük olmaq istəmir

Dünya futbolu

24-11-2025, 23:0

“İnter Mayami”nin hücumçusu Lionel Messinin “Sport.es” nəşrinə verdiyi müsahibə nostalji xarakterli olub.

"Football-plus.az" xəbər verir ki, agentinalı ABŞ-də özünü yaxşı hiss etməsinə baxmayaraq, “Barselona” üçün çox darıxdığını gizlətməyib. Həmçinin Kriştiano Ronaldonun ardından Messi də DÇ-2026-da iştirak imkanını şərh edib.

Xatırladaq ki, Leo noyabrın 10-da qəfil İspaniyaya baş çəkməklə sürpriz etmişdi. O, “Kamp Nou”ya baş çəkərək bir neçə şəkil də paylaşmışdı. Leonun İspaniyada görünməsi günlərlə müzakirə olundu. Onun belə bir etirafı da maraqlı idi: “Barselona üçün çox darıxırıq, ailəmlə birgə daim bu şəhəri xatırlayıram, burdakı həyatdan danışırıq, dönməyi arzulayırıq”.

38 yaşlı argentinalının dediyinə görə, İspniyadan ona çatan hər şey nostalji doğurur. Onun karyerasının ən xoşbəxt anlar – Qvardiola ilə “sekstet” və Luis Enrike ilə Çempionlar Liqasında qələbə məhz “Barselona” ilə bağlıdı.

Amma Messi “Barsa”dan gediş formasından narazıdı, onun təsəvvüründə hər şey fərqli olmalıydı: “Qəribə hisslərim var. Pandemiya üzündən son ilimdə azarkeşlər önündə oynaya bilmədim. Orda bütün karyeramı keçirdim, ancaq arzuladığım kimi ayrılmadım. Avropa karyeramı məhz “Barsa”da bitirmək, ardından ABŞ-yə getmək istəyirdim. Ancaq hər şey başqa cür oldu – ağır şəkildə vidalaşdım”.

Leo “Barsa”da keçirdiyi vaxta görə taleyinə minnətdardı. Hələ də bu komandanın oyunlarını izləyir, dostları ilə müzakirə edir. PSJ-də çıxış etdiyi dövrü xatırlayan argentinalı bildirib ki, onda “öz qabında olmayıb”:

“Hər şey yazıldığı qədər pis deyildi. Mən orda ağır olduğunu deyəndə hansısa əzab-əziyyəti nəzərdə tutmurdum, sadəcə, özümdə deyildim. Oyunlardan, məşqlərdən, gündəlik rutindən məmnunluq duymurdum. Ancaq ailəmlə birgə orda yaxşı vaxt keçirdim. Paris möhtəşəm şəhərdi”.

Leonun dediyinə görə, Mayamidə işləri daha yaxşı gedib:
“ABŞ-də hər gündən ləzzət alırıq. Burda hər şey sadədi, təzyiq azdı, daim qalib gəlmək öhdəliyi yoxdu, hərçənd, əlbəttə, qələbələr qazanırıq. Atmosfer bir qədər fərqlidi, ailə, uşaqlar ilə daha çox vaxt keçirmək mümkündü. Əvvəllər nəticə əhval-ruhiyyəmi müəyyənləşdirirdi, indi isə sakitəm – evə rahat, yaxşı ovqatda qayıdıram”.

Messi karyerasının MLS-də keçən axarından razıdı. Fiziki cəhətdən özünü yaxşı hiss edir, oyundan ləzzət alır. Yeganə çatışmazlıq komanda yoldaşları Jordi Alba ilə Serxio Busketsin karyerasını bitirməyə qərar verməsidi:
“Busketslə çoxdan bu haqda danışırdıq – o, karyerasını bitirməyi düşünürdü. Alba isə bu qərarını əvvəlcədən xəbərdarlıq etmədən, birbaşa paltardəyişmə otağında açıqladı. Ancaq mən anlayıram – hamımız eyni nəsildənik, vaxt gedir. Son illəri həm Barselonada, həm də burda birgə keçirməyimiz xoş oldu”.

DÇ-2022-nin qalibi Argentina yığmasına yük olmaq istədiyini deməklə fanatlarını sarsıdıb. Leo milli komandada keçirdiyi 195 oyunda 114 qol vurub. Ancaq DÇ-2026-da oynayıb-oynamayacağına hələ də əmin deyil:
“Yük olmaq istəmirəm. Özümü yaxşı formada olan futbolçu kimi hiss etmək, komandaya yardım edə biləcəyimə əmin olmaq istəyirəm. MLS mövsümü Avropadakı ilə üst-üstə düşmür. Bu üzdən turnir ərəfəsindəki vəziyyətə baxandan sonra qərar verəcəyəm”.

Yeri gəlmişkən, Messinin “Kamp Nou”ya yazının əvvəlində xatırlatdığımız səfəri “Barselona”nın prezidenti Xuan Laportanı qəzəbləndirib. “Mundo Deportivo” bununla bağlı maraqlı yazı paylaşıb. Bu nəşrin iddiasına görə, Laporta Messinin “Barsa”nın stadionuna səfərindən xəbərdar olmayıb, ona giriş icazəsi verməyib. Klub prezidenti məhz kimlərin Leonu “Kamp Nou”ya buraxdığını daxili təhqiqat əsasında müəyyənləşdirmək və onları cəzalandırmaq niyyətindədi.

“Mundo Deportivo” qeyd edir ki, Laporta klubdaxili göstərişlərin sözsüz-söhbətsiz yerinə yetirilməsində israrlıdı. Prezidentin fikrincə, Messi klubun icazəsi və məsləhəti olmadan stadiona baş çəkməməliydi, əfsanə statusuna baxmayaraq.

Doğrudan da, Leonun səfəri çox səs-küy doğurub – argentinalı hazırda yenidənqurma mərhələsində olan “Kamp Nou”ya noyabrın 10-u, axşam saatlarında baş çəkib. Və dərhal da sosial şəbəkə hesabında şəkillər paylaşıb. Sonrada məlum olub ki, Messi bu ziyarəti klubla razılaşdırmayıb, sadəcə, personala onu içəri buraxmaq xahişi ilə üz tutub. Arenada çalışanlar isə heç bir problem çıxarmadan klubun əfsanəsinə qapını açıblar. Leo sosial şəbəkə hesabında yenidən “Barsa”da oynamaq arzusunu da açıqlayıb:
“Dünən axşam bütün qəlbim ilə darıxdığım yerə döndüm. O yerə ki, inanılmaz dərəcədə xoşbəxt idim, sizlər məni minlərlə dəfə dünyanın ən xoşbəxt adamı olmağı hiss etməyə məcbur etmişdiz. Günlərin birində dönə biləcəyimə ümid edirəm, həm də təkcə gözəl vidalaşmağa görə yox – bunu da edə bilməmişdim”.

İspaniyada çoxları belə düşünür ki, Leo bu paylaşımla mümkün dönüşünü və ya hətta gələn ilin yazında keçiriləcək prezident seçkisində iştirakını anons edir. Son variant tam realdı. ABC-nin yaxınlarda yaydığı xəbərə inansaq, Messi seçkidə gərgin münasibətdə olduğu Laportanın rəqiblərindən birini dəstəkləyə bilər. “Barselona”ya futbolçu kimi dönüşü isə istisna olunur - ən azı indiki prezidentin vaxtında. Laporta özü də Leonun arenanı ziyarət etməsinə toxunub:
“Messi “Kamp Nou”da? Bundan xəbərim yox idi. Düşünürəm ki, çox gözəl impulsdu. “Barselona”ya görə spontan qürur aktıdı. Bura onun evidi. Münasibətlərimiz yaxşıdı. Ona heç bir mesaj göndərməmişəm. Leonu burda sevirik. Bura onun evidi, bunu bilir. Həmişə demişik ki, ən yaxşı şəkildə qarşılanmalıdı. Düşünürəm ki, günlərin birində bu baş verəcək və möhtəşəm olacaq. Ancaq Leonun “Barselona”ya oyunçu kimi dönüşündən danışmaq qeyri-realdı”.

Messi ilə bağlı hadisələrin axarını gözləmək çox maraqlıdı. Bəlkə də onun kluba dönüşü ilə bağlı qərarı artıq başqa prezident verəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-11-2024, 11:0

Messi Barselonaya niyə qayıdacaq?

Dünya futbolu

4-03-2024, 14:0

“Barselona”nı Messi qədər sevən yoxdu”

Dünya futbolu

7-09-2023, 19:0

Tebasın növbəti Messi arzusu

Dünya futbolu

27-11-2023, 15:0

Messi “Barselona” ilə rəsmən vidalaşacaq

Dünya futbolu

2-03-2025, 18:0

Messi “Barselona”ya qayıdacaq?

Dünya futbolu

12-12-2024, 18:0

Messi MLS-də hamını qabaqladı

Aktual
“Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
“Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
“Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
“Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
“Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
Son xəbərlər
  • Bu gün, 01:00
    Meksika inamlı qələbə qazandı - DÇ gecəsi
  • Dünən, 23:48
    AFFA klublara lisenziyaları təqdim etdi
  • Dünən, 23:17
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:48
    Qurban Qurbanov azarkeşin arzusunu həyata keçirdi
  • Dünən, 22:18
    Amin Seydiyev "Zirə"də
  • Dünən, 21:47
    “Karvan-Yevlax” “Dinamo”nun tələbinə “yox” dedi – “pul ödəməyəcəyik”
  • Dünən, 21:35
    Romadan Milana üz tuta bilər
  • Dünən, 21:04
    "Şahdağ Qusar" qapıçısıyla anlaşdı
  • Dünən, 20:53
    “Mingəçevir”in taleyi sual altındadı – “qarşıdakı 15 gün ərzində...”
  • Dünən, 20:22
    Daha bir legioner "Karvan-Yevlax"dan ayrıldı
  • Dünən, 19:51
    Yaşar Seyidov UEFA-nın “Karvan-Yevlax” ödədiyi məbləğdən pay tələb edir
  • Dünən, 19:21
    "Sabah" "Lill"dən vinger transfer etdi
  • Dünən, 18:50
    “Qarabağ”ın İdarə Heyətinin növbəti iclası keçirildi
  • Dünən, 18:27
    U-17 və U-19 millilərimizin rəqibləri məlum oldu
  • Dünən, 17:56
    “Azərbaycan reallığında çempionluğa oynamaq üçün büdcə 20-25 milyon manatdan başlamalıdı” - menecer niyə belə deyir?
  • Dünən, 17:26
    "Şamaxı" Sənanı yenə icarəyə götürdü
  • Dünən, 16:55
    Ndidi ''Beşiktaş''ın portuqaliyalılarını təriflədi
  • Dünən, 16:24
    "Şəfa" yeni loqosunu təqdim etdi
  • Dünən, 15:53
    İctimai Televiziyadan DÇ-2026 ilə bağlı açıqlama
  • Dünən, 15:32
    "Karvan-Yevlax" Eminlə vidalaşdı
  • Dünən, 15:11
    Xəyal Əliyev əməliyyat olundu
  • Dünən, 14:40
    FİFA reytinqi açıqlandı - millimiz geriləyib
  • Dünən, 14:19
    “Qarabağ”ı Fərid Ağayev təmsil edəcək, bəs başqalarını?
  • Dünən, 13:58
    “Sumqayıt”, “Araz-Naxçıvan” və “Kəpəz”dən baş məşqçi açıqlaması – premyer-liqaya yeni simalar gəlir?
  • Dünən, 13:27
    “Baku Sportinq” yeni baş məşqçisini açıqladı
  • Dünən, 12:56
    Bikalyo daha üç il "Qarabağ"da
  • Dünən, 12:25
    “Zirə” beş futbolçu ilə müqavilə müddətini uzatdı
  • Dünən, 11:54
    Cənubi Afrika “Sabah”a “köçdü”, “Qarabağ”a nifrət mesajları yaydı – Makkarti “partlatdı”!
  • Dünən, 11:23
    ''Qalatasaray''da Oliver Kan sürprizi
  • Dünən, 10:52
    Emin Rüstəmov "Şamaxı"da
  • Dünən, 10:31
    Xankəndi stadionu uğrunda mübarizə - MOİK, yoxsa "Xankəndi"?
  • Dünən, 10:00
    “Qarabağ” daha bir beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 08:53
    "Turan Tovuz" Ozobiçlə vidalaşdı
  • 10-06-2026, 23:0
    Luqanodan Muslera etirafı - ''Fənər''lilər hələ də məndən acıqlıdı''
  • 10-06-2026, 22:0
    "Şəfa"da daha üç ayrılıq
Daha çox
Oxunub: 729
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 495
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 260
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 258
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 202
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 199
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə