"Football-plus.az" xəbər verir ki, o, argentinalının yenidən İspaniyada oynamasını istəyir. İspaniya La Liqasının prezidenti o, PSJ-də çıxış edərkən “Barselona”ya qayıtmasını arzuladığını bir neçə dəfə bildirmişdi. Lakin Lionel bu yay PSJ-dən “İnter Mayami”yə keçib. Tebas dünya çempionunun İspaniyaya qayıtmasına çox sevinəcəyini deyib:
“Leo karyerasını La Liqada başa vura bilmədi. Çünki “Barselona” ilə yeni müqavilə mövzusunda razılığa gələ bilmədi. Mən onun yenidən İspaniyada oynamasını istəyirəm. Messinin karyerasını La Liqada başa vurması həm mənim, həm onun, həm də “Barselona” üçün əla olardı”.




