Kolapinto “Alpin”lə anlaşdı

20.01.2025 23:59 264
İdman
Argentinalı pilot Franko Kolapinto karyerasını “Alpin” komandasında davam etdirəcək.

"Football-plus az" xəbər verir ki, bu haqda xəbəri “Formula-1”in mətbuat xidməti yayıb.

21 yaşlı argentinalı uzunmüddətli müqavilə bağlayıb. O, yeni mövsümdə “Alpin”in test və ehtiyat pilotu olacaq. Kolapinto “kral avtoyarışları”nda ötən il “Uilyams”ın pilotu kimi debüt edib – avqustun sonunda amerikalı Loqan Sarcenti əvəz edərək 8 mərhələnin iştirakçısı olub.

Cəmi 5 xal toplayan Franko ən yaxşı nəticəsini ölkəmizin paytaxtı Bakıda göstərib – 8-ci yer.