"Şəki"nin prezidenti futboldan uzaqlaşdırıldı

1.10.2025 19:36 30
Ölkə futbolu
2-ci liqada çıxış edən “Şəki"nin prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.