Montellanın istəyi ilə nəhənglərin oyunları təxirə salınacaq

21.11.2025 20:30 20
Dünya futbolu
DÇ-2026-nın seçmə mərhələsində öz qrupunu ikinci pillədə tamamlayan Türkiyə daha 15 komanda ilə birlikdə pley-offda iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, martın 26-da yarımfinallar, martın 31-də isə finallar baş tutacaq.

Bu arada Türkiyənin baş məşqçisi Vinçentso Montella İspaniyaya qarşı son matçın ardından ''pley-off öncəsi federasiyadan bir xaişim ola bilər'' açıqlaması ilə diqqət çəkdi. Türkiyə mətbuatının yazdığına inansaq, italiyalı mütəxəssis futbolçularla daha çox vaxt keçirmək üçün Türkiyə Futbol Federasiyasından pley-offdan öncəyə təsadüf edən turda bəzi matçların təxirə salınmasını xaiş edə bilər.

Martda pley-offdan öncə 27-ci turun oyunları keçiriləcək. Montella artıq bu istəyini federasiya rəsmilərinə bildirib. Federasiya önümüzdəki günlərdə klublarla görüşdükdən sonra bu yöndə qərarını açıqlayacaq. Böyük ehtimalla həmin turda nəhənglərin oyunları təxirə salınacaq. Bu matçlar sonradan uyğun bir həftəiçində keçiriləcək.

Maraq üçün bildirək ki, 27-ci turda nəhənglərdən ''Qalatasaray'' səfərdə ''Göztəpə'' ilə, ''Fənərbaxça'' evdə ''Qaziantep'' ilə, ''Beşiktaş'' evdə ''Kasımpaşa'' ilə, ''Trabzonspor'' isə səfərdə ''Eyüpspor''la qarşılaşacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul