Türkiyə Superliqasının 23-cü turunda zəlzələ səbəbindən təxirə salınmış oyunların keçiriləcəyi vaxt açıqlanıb.
Football-plus.az xəbər verir ki, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Giresunspor - Kayserispor, Fenerbahçe - Konyaspor oyunları fevralın 25-də olacaq. Ümraniyespor - Adana Demirspor görüşü isə fevralın 26-da keçiriləcək.
Həmçinin bildirilib ki, İstanbuldakı terror səbəbindən 16-cı turda təxirə salınan Beşiktaş - Antalyaspor qarşılaşması da fevralın 26-də oynanılacaq.
Qeyd edək ki, fevralın 6-da qardaş ölkə Türkiyənin bir neçə bölgəsində güclü zəlzələ olub. Son məlumatlara əsasən, fəlakət nəticəsində 38 044 nəfər həlak olub.