Kərim Benzema hazırkı vəziyyəti ilə bağlı açıqlama verib.
"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununda sona çatacaq fransalı hücumçu gələcəyi ilə bağlı hələ qərar verməyib. 37 yaşlı futbolçu klubda qalmaq və ya Avropaya qayıtmaq variantlarını nəzərdən keçirir.
Kərim “Real”ın və Çempionlar Liqasının oyunlarını yaxından izlədiyini qeyd edib. O, Avropadan təkliflərin olduğuna diqqət çəkərək klub rəhbərliyi ilə ətraflı müzakirə aparmadan heç bir qərar verməyəcəyini bildirib.
Benzema həmçinin karyerasını başa vurması ilə bağlı danışarkən daha iki il futbol oynayacağını deyib.