Kərim Benzema “Əl-İttihad”ın məşqlərindən kənarlaşdırılıb.
Fransalı hücumçu baş məşqçi Marselo Qalyardonun qərarı ilə belə cəzalanıb. “Marca” qəzetinin məlumatına görə, Benzema komanda ilə birlikdə təlim-məşq bazasına gəlməli olsa da, bunu etməyib. Buna görə də Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi onu komanda ilə məşqdən uzaqlaşdırmaq və mövsümün ikinci yarısı üçün hazırlıq prosesinin keçiriləcəyi Dubaya aparmamaq qərarına gəlib.
Kərim bu mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib, 12 qol vurub və 5 qolun ötürməsini verib. 36 yaşlı futbolçunun “Əl-İttihad”la müqaviləsinin müddəti 2026-cı ilə qədərdi.