Benzema ilə bağlı qərar dəyişdi

6.02.2024 14:54 161
Dünya futbolu
Nəhayət, Kərim Benzema komanda ilə məşqlərə qayıdıb.

“Əl-İttihad”ın hücumçusu ilə bağlı qərar dəyişib. Xatırladaq ki, yanvarın ortalarında baş məşqçi Marselo Qalyardo fransalı futbolçunu komandanın təlim-məşq toplanışında olduğu bazaya vaxtında gəlmədiyinə görə cəzalandırmışdı.

Benzema bu hadisədən əvvəl isə artıq üç məşqi buraxmışdı. Bundan sonra 36 yaşlı futbolçunun “Əl-İttihad”dan ayrılmaq istədiyi barədə xəbərlər yayılmışdı.

Kərim bu mövsüm bütün turnirlərdə 20 matçda iştirak edib və 12 qol vurub.