Peleni geridə qoydu

20.11.2025 12:35 10
Dünya futbolu
Harri Keyn yeni uğura nail olub.

"Football-plus.az" xəbər verir ki, İngiltərə yığmasınn hücumçusu bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Albaniya ilə matçda (2:0) dubl etməklə bacarıb. 32 yaşlı futbolçu yığmadakı qollarının sayını 78-ə (112 oyuna) çatdırıb. Nəticədə o, ümumilikdə milli komandaların bombardirlərinin siyahısında Braziliya yığmasının sabiq oyunçusu Peleni geridə qoyub (77 qol).

Keyn hazırda bombardirlərin siyahısında 12-ci yeri tutur. 11-ci pillədəki braziliyalı Neymarın hesabında 79 qol var. Bu göstərici üzrə rekordçu isə portuqaliyalı Kriştiano Ronaldodu (143).