Keyndən unikal göstərici

13.03.2025 10:49 12
Dünya futbolu
Harri Keyn Çempionlar Liqasında yeni uğura imza atıb.

“Opta Sports”un yaydığı məlumata əsasən, o, buna 1/8 finalın “Bayer-04”lə cavab oyununda (2:0) nail olub. Harri cari mövsüm turnirdəki qollarının sayını 10-a çatdırıb. 31 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə 10 qol vurmağı bacaran ilk ingiltərəli futbolçu olub.

Keyn bu mövsüm bütün turnirlərdə 36 matça çıxıb, 32 qol vurub və 11 məhsuldar ötürmə edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul