Milli formada 88 qola çatdı

25.09.2022 13:20 288
Dünya futbolu
Argentina yığması yoldaşlıq matçında Hondurası 3:0 hesabı ilə məğlub edib.

Qələbədə dubl etməklə rol oynayan Lionel Messi milli formadakı 163-cü oyununda qollarının sayını 88-ə çatdırıb. PSJ-nin 35 yaşlı hücumçusu bu göstəriciyə əsasən futbol tarixində milli komandaların ən yaxşı bombardirlərinin siyahısında 4-cü yerdədi. O, portuqaliyalı Kriştiano Ronaldo (117), iranlı Əli Daei (109) və malayziyalı Mohtar Daharidən (89) geri qalır.