Liqa 1-in 35-ci turunun “Strasburq”la səfər matçı (3:3) Kilian Mbappe üçün əlamətdar olub.
PSJ-nin oyunçusu dubl etməklə komandada Fransa çempionatında vurduğu qolların sayını 114-ə çatdırıb. Nəticədə 23 yaşlı hücumçu klubun sabiq oyunçusu, hazırda “Milan”da çıxış edən Zlatan İbrahimoviçi (113 qol) geridə qoyub. Mbappe ən yaxşı bombardirlərin siyahısında 4-cü yerə yüksəlib. O, indiyədək PSJ-də 139 matç keçirib.
Qeyd edək ki, Paris klubunda ən çox qol vuran futbolçu Edinson Kavanidi (138).