19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin oyununda qələbə qazanıb.
"Football-plus.az" xəbər verir ki, yığma Maltanın Ta Qali şəhərində yerli komanda ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın qalibiyyəti ilə bitib - 2:1. 60-cı dəqiqədə Nadir Orucov, 80-ci dəqiqədə Şahismayıl Cəfərov fərqlənib.
Xatırladaq ki, U-19 daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.