Millimiz Şimali İrlandiyaya uduzdu

16.11.2025 12:47 9
Ölkə futbolu
19 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın Ta Qali şəhərində Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Centenary” stadionunda keçirilən görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 qrupda son oyununu noyabrın 18-də Malta yığmasına qarşı keçirəcək.