Yığmamız Malta ilə qarşılaşacaq - AÇ

18.11.2025 10:51 8
Ölkə futbolu
U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində 3-cü tur oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, 13-cü qrupda yer alan yığmamız Malta ilə üz-üzə gələcək. Görüş Maltanın Ta Qali şəhərindəki "Centenary Stadium"da oynanılacaq. Matç Bakı vaxtı ilə 14.00-da start götürəcək.

Xatırladaq ki, Elxan Abdullayevin komandası daha əvvəl Çexiyaya 1:6, Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.

Avropa çempionatı, seçmə mərhələ
13-cü qrup
18 noyabr
Malta U-19 - Azərbaycan U-19