"Football-plus.az" xəbər verir ki, ingiltərə yığmasının kapitanı ''Qızıl top''u qazanmaq perspektivi haqda danışıb.
O bildirib ki, bu mükafatı qazanmaq üçün təkcə fenomenal məhsuldarlıq yetərli deyil. Eyni zamanda ciddi titul qazanmaq da tələb olunur:
''Bu mövsüm hətta 100 qol da vura bilərəm. Amma Çempionlar Liqasının və ya dünya çempionatının qalibi olmasam, böyük ehtimalla yenə ''Qızıl top''u qazanmayacam. Bu durum Erlinq Holann və ya digər futbolçular üçün də keçərlidi. Dünyanın ən yaxşısı seçilmək üçün hökmən böyük titul qazanmalısan''.
Keyn bu mövsüm ''Bavariya''da 17 rəsmi oyunda 23 qol vurub.





