Harri Keyn yeni il üçün hədəflərini açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, 30 yaşlı ingilis forvard “Bavariya” ilə bundesliqanın və Çempionlar Liqasının, İngiltərə yığması ilə isə AÇ-2024-ün qalibi olmağı hədəfləyib:
“Bavariya ilə bundesliqa və Çempionlar Liqasında, İngiltərə millisi ilə Avroa çempionatında qələbəni arzulayıram. Mənim oynadığım komandaların bu kubokları qazanmaq şansı həqiqətən də yüksəkdi. İngiltərə yığması son Avropa çempionatında da qalib olmağa çox yaxın idi. Heç bir bəhanə yoxdu, biz titullar qazanmaq istəyirik”.