"Football-plus.az" xəbər verir ki, məhşur mütəxəssisin ''Qızıl top'' ilə bağlı suala verdiyi cavab diqqət çəkib. Oktyabrın 30-da ''Qızıl top''un yeni sahibi bəlli olacaq.
Qvardiola ''futbolda fərdi mükafatları çox da sevmədiyinizi bilirik, amma 10 gündən sonra ''Qızıl top''un sahibi müəyyənləşəcək. Ortada iki inanılmaz hekayə var. Messi DÇ-nin qalibi olubsa, Holann ''Siti'' ilə trebl qazanıb. Səs vermək haqqınız olsa, kimə üstünlük verərdiz'' sualına belə cavab verib:
''Hər zaman demişəm ki, ildə iki ''Qızıl top'' verilməlidi. Biri Messi, digəri başqa futbolçular üçün. Ona görə də bu il Holann qazanmalıdı. Düzdü, biz trebl etdik və Erlinq 50 milyon dənə qol vurdu. Amma məsələ bundadı ki, Messinin ən pis mövsümü digərləri üçün ən yaxşı mövsüm sayılır. İkisi də layiqdi. Başqa nə deyə bilərəm?''
ƏLİ



