Dünyanın 5-ci raketkası Novak Cokoviç hələ də tennis oynamağı davam etdirməsinin səbəbləri haqda danışıb:
“Çoxları düşünürdü ki, Olimpiadadan, orda “qızıl” qazanandan sonra karyeramı bitirəcəm. Ancaq mən yalnız uğurlar qazanmaq üçün tennis oynamıram. Əlbəttə, uğurlar mənə motivasiya verən amillərin önündə dayanır, ancaq həm də ona görə tennis oynayıram ki, yarışmaq gerçəkdən xoşuma gəlir. Prosesin özü, tennisin mənə və ailəmə verdikləri, peşəkar oyunçu kimi tennisə qatqılarım da məni həvəsləndirir”.
Xatırladaq ki, 38 yaşlı serbiyalı ulduz “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi və ötənilki Paris Olimpiadasının çempionudu.