Alkaras Cokoviçi hamıdan ağıllı sayır

26.07.2025 20:22 5
Dünya futbolu
“Böyük dəbilqə” turnirlərinin beşqat qalibi, dünya reytinqində 2-ci olan ispaniyalı Karlos Alkaras Novak Cokoviçi ən ağıllı tennisçi saymasının səbəbləri haqda danışıb:
“Hesab edirəm ki, Novak Cokoviç kortdakı ən ağıllı oyunçudu. O, təcrübəsi və indiyə qədər keçirdiyi oyunlar sayəsində tennisi hamıdan yaxşı anlayır. Dəfələrlə Novakla təmas qurmuşam, onun oyunlarını izləmişəm, birlikdə məşq etmişik. Ancaq bizim söhbətlərdə tennisə nadir hallarda toxunulur. Onunla idman yox, həyat mövzularını müzakirə etmək mənim üçün daha maraqlıdı. Onun məşqlərinə və oyunlarına baxmaqla öyrənməyə çalışıram. Ancaq bu məqamları birbaşa müzakirə etmirik. Oyununa baxmağı, birgə məşq etməyi, hərəkətlərini və oyun üslubununu müşahidə etməyi xoşlayıram. Sadəcə, tennis haqda bir o qədər çox danışmırıq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul