Cokoviçin atası gələn ili nişan verdi

1.08.2023 14:03 181
İdman
“Böyük dəbilqə” turnirlərinin 23 qat qalibi Novak Cokoviçin atası Srcan Cokoviç oğlunun karyerasını bitirməyi planlaşdırdığı vaxt haqda danışıb:

“Mənim ümidlərimə gəlincə, deyərdim ki, Novak 7 və ya 8 il əvvəl bunları doğrultdu. Ondan sonra başverənlər qeyri-adi bonusdu. Tennis onun həyatının yalnız bir hissəsidi, hamısı deyil. Ümid edirəm ki, karyerasını bitirəndən sonra, yəni kortdan kənarda da qələbələr qazanacaq. Tennisdən gedəndən sonra. Ümid edirəm ki, bu gələn il baş verəcək”.

“Novak Cokoviç – deyilməyən tarixçələr” adlı sənədli filmdə yer alan ata Cokoviç başqa maraqlı ifadələr də işlədib:

“Son hələ yetişməyib, ancaq ilyarım sonra ola bilər. Bir valideyn kimi arzum bundan ibarətdi ki, Novak bir müddət sonra bu qeyri-adi dərəcədə çətin və qurban tələb edən idman növü ilə məşğul olmağı dayandırsın. Tennis bədən və ağıl üçün daimi çağırışdı, o, 30 il ərzində bu idman növünə köklənib, başqa heç nəyə vaxtı olmayıb”.


36 yaşlı Cokoviçin indiyə qədər mükafat fondu kimi ən çox (171 milyon dollar) pul qazanan tennisçi olduğunu da xatırladaq.