“Spartak” baş məşqçi Deyan Stankoviçlə yolları ayırıb.
"Football-plus.az" xəbər verir ki, Moskva klubunun mətbuat xidmətinin məlumatına görə, tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam veriblər. Komandaya müvəqqəti olaraq Vadim Romanov rəhbərlik edəcək.
Sabiq futbolçu olan Stankoviç “Spartak”ı 2024-cü ilin iyul ayından çalışdırırdı. Paytaxt klubu serbiyalı mütəxəssisin rəhbərliyi altında 64 oyun keçirib, 37 qələbə qazanıb, 11 dəfə heç-heçə edib və 16 dəfə məğlub olub. “Spartak” Rusiya premier-liqasında 15 turdan sonra 25 xalla 6-cı yerdədi. Paytaxt komandası lider “Krasnodar”dan 18 xal geri qalır.