"Football-plus.az" xəbər verir ki, 40 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək mundialın karyerasında sonuncu belə turnir olacağını bildirib. DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil ediləcək. Mundialda tarixdə ilk dəfə 48 komanda iştirak edəcək.
Ronaldo Səudiyyə Ərəbistanında keçirilən turizm forumunda EFE-yə belə açıqlama verib:
“Bəli, bu doğrudu, çünki o vaxt 41 yaşım olacaq. Artıq demişəm, sadəcə, indi futbol oynamağın dadını çıxarıram”.






