Ronaldodan daha bir rekord!

11.09.2025 12:37 28
Dünya futbolu
Kriştiano Ronaldo karyerasında növbəti rekorda imza atıb!

"Football-plus.az" xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu bunu DÇ-2026-nın seçmə mərhələsinin Macarıstanla oyununda bacarıb.

40 yaşlı futbolçu mundialların seçmə turnirindəki qollarının sayını 39-a çatdırıb. Bununla da Ronaldo seçmə mərhələdə ən çox qol vuran iki oyunçudan biri olub. “Əl-Nəssr”in forvardı Qvatemala yığmasının keçmiş hücumçusu Karlos Ruisin rekordunu təkrarlayıb.