Rza Cəfərov niyə əvəzedici komandada oyuna çıxıb? - baş məşqçi açıqladı

7.11.2025 16:10 45
Ölkə futbolu / Aktual
Vaxtilə yığmanın və “Neftçi”nin əsas qapıçısı olan Rza Cəfərov, görünür, artıq bir müddət milli komandadan uzaq olacaq.

Belə ki, 22 yaşlı kiper artıq əvəzedici komandanın heyətində oyuna çıxır.

Maraqlıdı, Rza Samir Abasovun qərarı ilə əvəzedici komandaya göndərilib, yoxsa biroyunluq yardım edib? Ümumiyyətlə, hansı komanda ilə məşqə çıxır?

Suallarımızı “Neftçi-2”in baş məşqçisi Rəşad Abdullayev cavabladı:
“Rza bizə biroyunluq gəlmişdi. Əsas komandada məşq edir. Çünki əsas komandanın üzvüdü. Oyun praktikasına görə məşqçilərindən xahiş etdik ki, gəlsin, bir matçlıq oyuna çıxsın. Köhnə futbolçumuzdu, gəlib bizdə oynamasına şad olduq”.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul