“Hazırda 3-4 futbolçumuz əsas komanda ilə məşq edir” – lider “Neftçi”nin çalışdırıcısı

5.11.2024 21:54 347
Aktual / Ölkə futbolu
“Neftçi” premyer-liqada turnir cədvəlinin 8-ci pilləsində qərarlaşsa da, əvəzediciləri liderdi.

Rəşad Abdullayev ötən mövsüm əsas komandaya gənc futbolçular qazandımışdı. Rza Cəfərov, Ağadadaş Salyanski və Murad Məmmədov klubun öz yetirməsidi. Hətta sosial şəbəkələrdə əsas komanda tənqid olunarkən bəzən “siz gedin, icazə verin əvəzedicilər gəlib oynasın” kimi fikirlər səsləndirilir.

Görəsən, hazırda əvəzedici heyətdə əsas komandada oynamağa layiq futbolçular varmı?

“Football-plus.az”ın sualını əvəzedicilərin baş məşqçisi Rəşad Abdullayev cavabladı:

“Bəli, son turda birinci yeri ələ keçirdik. Nəhayət, ilk pilləyə yiyələnə bildik. Hazırda 3-4 futbolçumuz əsas komanda ilə məşq edir. Bu yolda işlərimiz müntəzəm davam edir. Çempionatda turnir cədvəlində üstünlüyümüzü qorumağa çalışacağıq. Amma əsas istəyimiz daha çox oyunçunun əsas komandada debüt etməsidi. Əsas komandanın hər məşqində 3-4 futbolçumuz iştirak edir. Ötən mövsüm ora yollanan Ağadadaş Salyandakı və Murad Məmmədov müntəzəm oyunlara çıxır. Qapıçımız Rəvan Kazımov orda bütün məşqlərdə iştirak edir. Əsas komandaya faydalı olmağa çalışırıq”.


RÖYANƏ OĞUZ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul