Ramil və Ohori əsas komandadan kənarlaşdırıldı - rəsmi

21.08.2025 15:24 28
Ölkə futbolu
"Neftçi"də əsas komandanın iki futbolçusu əvəzedici heyətə göndərilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.

Baş məşqçi Samir Abasovun qərarına əsasən, futbolçular – Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar. Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər.